• $ 1.7
  • € 1.9351
  • ₽ 0.021687
  • ₺ 0.0365
  • £ 2.2439

AXCP fəalının səhhəti pisləşib

AXCP fəalının səhhəti pisləşib
16.03.2023 10:09
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında son günlər 5 dəfə huşunu itirərək yıxılıb. Bu barədə onun oğlu Oqtay Salayev Amerikanın Səsinə deyib.
 
"Atamın səhhəti çox ağırlaşıb. O, artıq gəzə bilmir. Son günlər 5 dəfə huşunu itirərək yıxılıb. Kamera yoldaşları güclə ayılda bilib. Qara ciyəri kəskin şəkildə şişib. 26 kiloqram çəki itirib. Atam şəkər xəstəsidir, ürəyində stent var. Bu günədək həkim nəzarəti yoxdur. Onu nə həkim müayinə edir, nə də təcridxananın tibb-sanitar hissəsinə köçürməyiblər",- Oqtay Salayev bildirib.

Onun sözlərinə görə, atası ilə görüşə də icazə vermirlər.

Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz 37 gündür aclıq edir. 

Oqtay Salayev atası ilə görüşə imkan verilməməsi barədə Ədliyyə Nazirliyinə şikayət göndərdiyini deyib.

Ombudsman Aparatının Mətbuat xidmətindən bildiriblər ki, ombudsmanın tapşırığı ilə martın 11-də 1 saylı Bakı İstintaq Təcridxanasında Zamin Salayevə baş çəkmə olub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya fəalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb 
 
Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Daha əvvəl Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan edib.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.
 
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək
Cəmiyyət 10:55
Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək

Azərbaycanda 14 mindən çox müəllim 1500–2000 manat əməkhaqqı alır
Cəmiyyət 10:34
Azərbaycanda 14 mindən çox müəllim 1500–2000 manat əməkhaqqı alır


Nazir: Bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib
Cəmiyyət 10:11
Nazir: Bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
Cəmiyyət 10:01
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
Bakının iki rayonunda elektrik enerjisi olmayacaq
Cəmiyyət 09:09
Bakının iki rayonunda elektrik enerjisi olmayacaq
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Cəmiyyət 19:36
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
Cəmiyyət 19:19
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
ADY yay qrafikinə keçir
Cəmiyyət 18:24
ADY yay qrafikinə keçir
Küləkli hava ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 17:52
Küləkli hava ilə bağlı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol