“Axırıncı dayanacaq” filminin çəkilişləri başa çatdı

09:22 | 13.01.2014
“Axırıncı dayanacaq” filminin çəkilişləri başa çatdı

“Axırıncı dayanacaq” filminin çəkilişləri başa çatdı

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatmışdır.AzərTAc xəbər verir ki, hazırda film üzərində tamamlanma işləri gedir. İlk mərhələdə filmin mətn düzülüşü həyata keçirilir.İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılmışdır.Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb