Dekabrda Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsinə qıraqdan zərbənin vurulması dedikdə təyyarənin Rusiyanın Pantsir-S hava hücumundan müdafiə sistemi ilə vurulması nəzərdə tutulub. Bunu Reuters Xəbər Agentliyinə Azərbaycan hökumətinə yaxın mənbə bildirib.
"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S” raketinin fraqmenti var”, - mənbə bildirib.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !