AZAL Ukraynada vurulan təyyarədən xəbərsizdir

00:45 | 18.07.2014
AZAL Ukraynada vurulan təyyarədən xəbərsizdir

AZAL Ukraynada vurulan təyyarədən xəbərsizdir

Dünyanın əsas hava yolları şirkətləri Ukrayna üzərindən uşuşlardan və Ukraynaya reyslərdən imtina edirlər. Həmişəki kimi Azərbaycanın AZAL şirkəti dünyadan bixəbərdir və qərar qəbul etməyə tələsmir.
ANN.Az xəbər verir ki, haqqin.az saytının əməkdaşı AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli ilə əlaqə saxlamağa çalışıb. Lakin onun telefonu söndürülüb. Saytın əməkdaşı AZAL-ın məlumat xidməti ilə danışıb. Ordan bildirilib ki, sabah Ukraynaya reys var. Jurnalistin suallarına cavan olaraq operator bildirib ki, onlar Ukraynada təyyarənin vurulmasından təxminən 300 sərnişinin ölümündən xəbərsizdirlər. Son cavab isə həm gülməli, həm də düşündürücü olub: “Xəbərimiz yoxdur. Amma deyirsiniz ki, Malayziya təyyarəsi vurulub. Bizimki isə Azərbaycan təyyarəsidir. Bizim təyyarələrə toxunmazlar”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM