“Azenco” MMC-ni məhkəməyə verdi

18:41 | 26.10.2015
“Azenco” MMC-ni məhkəməyə verdi

“Azenco” MMC-ni məhkəməyə verdi

"Azenco” Açıq Səhmdar Cəmiyyəti (ASC) "16 saylı İnşaat İstehsalat Təsərrüfat Tresti” Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

"Report"un məlumatına görə, ASC alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.

"16 saylı İnşaat İstehsalat Təsərrüfat Tresti" qərardan apellyasiya şikayəti verib. İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2010-cu ildə əsas fəaliyyəti enerji obyektlərinin, bina və qurğularının tikintisi, quraşdırılması, əsaslı və cari təmirindən ibarət olan "Azenco” Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən səhmdar cəmiyyətin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinə çıxarlıb. Müsabiqəyə çıxarılan şirkətin səhmlərinə "İnter enerji” MMC sahib olub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM