• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Azərbaycan 5 ayda Türkiyədən 900 milyon dollarlıq mal alıb

Azərbaycan 5 ayda Türkiyədən 900 milyon dollarlıq mal alıb
04.06.2024 13:53
2024-cü ilin yanvar-mayında Azərbaycan Türkiyədən 888,385 milyon ABŞ dolları dəyərində mal idxal edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 2,8 % azdır. Bu barədə Türkiyənin Ticarət Nazirliyi bildirir. 

Cari ilin 5 ayında Türkiyənin Azərbaycana ixracı ümumi ixracın 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 3,2 % artaraq 92 milyard 537,971 milyon ABŞ dollara çatıb.

2024-cü ilin mayında isə Türkiyədən Azərbaycana 193,703 milyon dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 7,7 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 0,9 %-nə bərabər olub. 
 
Ötən  il Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci illə müqayisədə 51.2% və ya 1 milyard 814 milyon dollar artaraq 5 milyard 359.3 milyon dollara, Türkiyədən Azərbaycana ixracın həcmi isə 0.3% və ya 6.1 milyon dollar azalaraq 2 milyard 291 milyon dollara bərabər olub.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 783 milyon 861 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2022-ci ilə müqayisədə 9.9% çoxdur.

 2023-cü ildə Azərbaycanın ümumi ticarət dövriyyəsi 51 milyard 183 milyon dollar, qeyri-neft ixracı isə 3.3 milyard dollar təşkil edib.

 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada bəzi aeroportlar müvəqqəti bağlanıb
Dünya 14:19
Rusiyada bəzi aeroportlar müvəqqəti bağlanıb
“3+3” formatında görüşlər İrəvan və Bakıda baş tuta bilər- Lavrov
Dünya 14:17
“3+3” formatında görüşlər İrəvan və Bakıda baş tuta bilər- Lavrov
Lavrov Ermənistanın Rusiya silahlarından istifadə etməklə Azərbaycanın 7 rayonunu işğal etdiyini bildirib
Dünya 14:04
Lavrov Ermənistanın Rusiya silahlarından istifadə etməklə Azərbaycanın 7 rayonunu işğal etdiyini bildirib
Yanukoviçin keçmiş müavini İspaniyada öldürülüb
Dünya 13:53
Yanukoviçin keçmiş müavini İspaniyada öldürülüb
Putin Kurska səfər edib
Dünya 11:41
Putin Kurska səfər edib
İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb
Dünya 10:26
İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb
Tramp nə yeyir? - Ağ evdən açıqlama
Dünya 09:28
Tramp nə yeyir? - Ağ evdən açıqlama
Aİ “Azadlıq Radiosu” üçün 5,5 milyon avro ayırıb
Dünya 08:55
Aİ “Azadlıq Radiosu” üçün 5,5 milyon avro ayırıb
İsrail İrana nüvə zərbəsi planlaşdırır – CNN
Dünya 08:49
İsrail İrana nüvə zərbəsi planlaşdırır – CNN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol