Azərbaycan Fransanın neokolonializm siyasətini ifşa edir - Prezident

11:20 | 20.11.2023
Azərbaycan Fransanın neokolonializm siyasətini ifşa edir - Prezident

Azərbaycan Fransanın neokolonializm siyasətini ifşa edir - Prezident

Azərbaycan beynəlxalq platformalarda Fransanın neokolonializm siyasətini ifşa edir. Bunu Prezident İlham Əliyev deyib.  
 
"Azərbaycanın sədrliyi çərçivəsində yeni müstəmləkəçiliyə qarşı mübarizəyə xüsusi diqqət yetirilir. Azərbaycan beynəlxalq platformalarda Fransanın neokolonializm siyasətini ifşa edir. Neokolonializm qadınların hüquqlarına da mənfi təsir göstərir. Qadınların səlahiyyətlərinin artırılması Qoşulmama Hərəkatının gündəliyində duran əsas mövzulardan biridir. 30 illik erməni işğalından sonra torpaqlarımızın azad edilməsi məhz qadınların mərd və fədakar oğullar yetişdirməkdə yorulmaz əməyi sayəsində mümkün olub.Bundan başqa, torpaq və ərazilərdə qadınların əmək fəaliyyəti üçün şərait yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu baxımdan Qoşulmama Hərəkatının xüsusi rolu var”, - Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının konfrasın üzvlərinə ünvanladığı məktubda qeyd edib.

Noyabrın 20-21-də Bakıda Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının qadın hüquqlarının təşviqi və səlahiyyətlərinin artırılması üzrə konfransı keçirilir. 
 
Qoşulmama hərəkatı ilk dəfə 1955-ci il İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında təsis edilib. Bu konfransdan 6 il sonra, 1-6 sentyabr 1961-ci il keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. 
 
Hərəkatın daimi mənzil qərargahı yoxdur Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır.
 
Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
 
Azərbaycan bu təşkilata ilk dəfə 2011-ci ildə üzv seçilib.
 
 
Gülnar Nazimqızı 

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM