Azərbaycan bu il tütün məmulatlarının idxalını 2 dəfə azaldıb

21:09 | 17.08.2016
Azərbaycan bu il tütün məmulatlarının idxalını 2 dəfə azaldıb

Azərbaycan bu il tütün məmulatlarının idxalını 2 dəfə azaldıb

Bu ilin 7 ayında ölkəyə 89,2 mln. dollarlıq tütün və tütün məmulatları gətirilib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 89 217,18 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk yeddi ayına nisbətən 50,01% (2 dəfə) azdır. Nəticədə, 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,88%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 5 914,17 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 48,91% çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,13%-nə bərabər olub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb