Azərbaycan daha bir əsgərini itirdi - YENİLƏNİB

11:24 | 19.08.2014
Azərbaycan daha bir əsgərini itirdi - YENİLƏNİB

Azərbaycan daha bir əsgərini itirdi - YENİLƏNİB

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Mühafizə Alayının əsgərinin ölməsi ilə bağlı məlumat yayıb.Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu avqustun 18-də saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. ANN.Az

***

10:41

Əsgərimiz avtomatdan açılan atəşdən ölüb 

Azərbaycanda daha bir əsgər ölümü olub.

 

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb. Əsgər Təhməzli Fərid Aslan oğlu tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti