Azərbaycan daha çox minaların təsirinə məruz qalan ölkələr sırasındadır - VİDEO

19:40 | 02.04.2021
Azərbaycan daha çox minaların təsirinə məruz qalan ölkələr sırasındadır - VİDEO

Azərbaycan daha çox minaların təsirinə məruz qalan ölkələr sırasındadır - VİDEO

"Azərbaycan Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tailand və Türkiyə ərazisi kimi daha çox minaların təsirinə məruz qalan ölkələrdən sayılır”.
Bu barədə "Report”a müsahibəsində Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.
İctimai Birlik sədri qeyd edib ki, 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına yardım günü BMT konvensiyasına üzv ölkələrdə beynəlxalq tədbirlər keçiriləcək: "Həmin gün ölkəmizdə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları minalanmış ərazilərin xəritələrinin Ermənistandan alınması istiqamətində xüsusi təşəbbüslə çıxış edəcək”.
H.Səfixanov vətəndaşları müharibədən sonra da birlik nümayiş etdirməyə, işğaldan azad olunan ərazilərə icazəsiz daxil olmamağa çağırıb.
"Report” H.Səfixanovun videomüsahibəsini təqdim edir:
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM