Azərbaycan Ebola ilə mübarizəyə bir milyon dollar ayıracaq

12:17 | 05.03.2015
Azərbaycan Ebola ilə mübarizəyə bir milyon dollar ayıracaq

Azərbaycan Ebola ilə mübarizəyə bir milyon dollar ayıracaq

Donor dövlət kimi Azərbaycan Qərbi Afrikada Ebola ilə mübarizəyə bir milyon dollar ayıracaq.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin radiosuna Azərbaycanın Beynəlxaq İnkişaf Agentliyinin rəhbəri Əşrəf Şeyxəliyev deyib.  

"Biz bu vəsaitin kimə ayrılacağını müəyyən etməyə çalışırıq. Çox güman ki, bu, Ebola ilə birgə mübarizə üzrə razılaşdırılmış proqramı həyata keçirəcək BMT-nin iki strukturu olacaq. Biz bu vəsaiti hər hansı bir ölkəyə yönəltməyi məqsəd qoymuruq. Hazırda biz məsləhətləşmələr aparırıq və bu yardımın istifadə metodunu müəyyən edirik”, - o bildirib.

Bu gün Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyinin yardımını Afrika, Asiya və Latın Amerikasının təxminən 30 ölkəsi alır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM