Azərbaycan effektiv səhiyyə sisteminə görə dünyada 51-ci yeri tutur

20:35 | 29.12.2015
Azərbaycan effektiv səhiyyə sisteminə görə dünyada 51-ci yeri tutur

Azərbaycan effektiv səhiyyə sisteminə görə dünyada 51-ci yeri tutur

"Bloomberg” agentliyi 2015-ci il üçün effektiv səhiyyə sisteminə malik olan ölkələrin reytinqini açıqlayıb.
 
APA-nın məlumatına görə, araşdırma əhalisinin sayı 5 milyondan çox, adambaşına düşən ÜDM-in 5 min dollardan başladığı və əhalisinin orta yaş həddinin 70 yaş olduğu 55 ölkə üzrə aparılıb.
 
Azərbaycan siyahıda 51-ci yeri tutub. MDB ölkələrindən Qazaxıstan 45-ci, Belarus 47-ci, Rusiya isə 54-cü olub.
 
Reytinqin lideri Honkonqdur. Burada orta yaş həddi 83,8 ildir və ölkə adambaşına 1800 dollar səhiyyə xərcləri sərf edir. Siyahıda ikinci yeri Sinqapur, 3-cü yeri İsrail, 4-cü yeri İspaniya, 5-ci yeri KXDR və 6-cı yeri İtaliya tutur.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM