Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

18:00 | 10.01.2016
Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

Yanvarın 11-də Bakı və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə,havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Temperaturun gecə 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 10-dək şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM