Azərbaycan əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı

15:59 | 09.11.2015
Azərbaycan əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı

Azərbaycan əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı

Azərbaycan əsgərinin ölümü ilə bağlı cinayət işi açılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM