Azərbaycan hansı mütəxəssisləri xaricdə hazırlayır?

17:06 | 09.07.2014
Azərbaycan hansı mütəxəssisləri xaricdə hazırlayır?

Azərbaycan hansı mütəxəssisləri xaricdə hazırlayır?

Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün 2007-2015-ci illər üçün nəzərdə tutulmuş Dövlət proqramının realizə dövrü üçün (2014-cü ilin aprel ayının 1-nə olan məlumata görə) 90,821 milyon manat pul xərclənib.ANN.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə proqramı maliyyələşdirən Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) hesabatında deyilir.5 min nəfər göstəricisi olan proqram üzrə təhsilə 2376 nəfər başlayıb. Bununla yanaşı, yalnız 561 nəfər gənc azərbaycanlı təhsili başa vurub.Təhsil əsasən Böyük Britaniyada aparılır (612 tələbənin 181-i təhsilini başa vurub), azərbaycanlılar əsasən tibb elmlərinə yiyələnirlər – 648 nəfər (208 nəfər bakalavr və 440 nəfər rezidentura).İqtisadiyyat və idarəetmə üzrə 244 nəfər təhsil alır – 229 bakalavr və 15 magistr.Təhsil Nazirliyi hesab edir ki, proqramın realizəsi 2015-ci ildə davam edəcək.//Oxu.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM