Azərbaycan iş adamını İnterpol xətti ilə axtarışa verdi

19:05 | 20.02.2014
Azərbaycan iş adamını İnterpol xətti ilə axtarışa verdi

Azərbaycan iş adamını İnterpol xətti ilə axtarışa verdi

Azərbaycanın hüquq-mühafizə orqanları daha iki türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 56 yaşlı Haydar Demirel vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib. APA-nın əldə etdiyi məlumata görə, Haydar Demirel Türkiyədə fəaliyyət göstərən Makina Market İnşaat Pazarlama şirkətinin sahibidir. O, Azərbaycandakı fəaliyyəti dövründə vergidən yayınıbmış.  Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi digər türkiyəli iş adamı isə 49 yaşlı İsmayıl Arslandır. O da vergidən yayınmaqda təqsirli bilinir. Qeyd edək ki, ötən il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmada ittiham olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM