Azərbaycan Müəllimlər institutunun əməkdaşı tutuldu

13:53 | 22.02.2014
Azərbaycan Müəllimlər institutunun əməkdaşı tutuldu

Azərbaycan Müəllimlər institutunun əməkdaşı tutuldu

Azərbaycanda müəllimə diplom satdığına görə tutulub.

ANN.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini, Sabunçu rayonundakı orta məktəblərdən birində müəllimə işləyən Gəncə şəhər sakini Xatirə Əmənova Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında operator işləyən Nərgiz Əliyeva ilə birgə Sevil Hacıyevaya Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının 1 ədəd diplomunu 5800 manat pul müqabilində satıb.

 

X.Əmənova və N.Əliyeva Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM