Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 50 dəfə artırılıb

13:39 | 20.10.2015
Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 50 dəfə artırılıb

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 50 dəfə artırılıb

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, "Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində "10 milyon” sözü "500 milyon” sözü ilə əvəz edilir.

Layihə səsə qoyularaq qəbul olunub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM