Azərbaycan millisi Bakıda belə qarşılandı - FOTO

09:25 | 13.06.2022
Azərbaycan millisi Bakıda belə qarşılandı - FOTO

Azərbaycan millisi Bakıda belə qarşılandı - FOTO

Minifutbol  üzrə  Avropa çempionu olan  Azərbaycan milli komandası bu gecə Azərbaycana gəlib. İdmançılar Bakının Heydər Əliyev adına hava limanında azarkeşlər tərəfindən çoşqu ilə qarşılanıblar. 

Azərbaycan yığması Slovakiyanın Koşitse şəhərində keçirilən çempionatın finalında qitə birinciliklərinin ən titullu komandasını - altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edib. 
 

 
Oyunda yeganə qolu qarşılaşmanın 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.

Bürünc medallara Qazaxıstan yığmasını 4:1 hesabı ilə məğlub edən Bolqarıstan yığması tutub.
 
Avropa çempionu adını qazanan komandanın heyətində Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımov yer alıblar.

 Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb. 
 
N.Təbrizli
Foto: Qafqazino saytına məxsusdur

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb