Azərbaycan üçün yağmursuz hava proqnozlaşdırılır

12:18 | 25.02.2014
Azərbaycan üçün yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan üçün yağmursuz hava proqnozlaşdırılır

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru bəzi şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM