Azərbaycan nefti 70 dollara çatır

11:00 | 04.01.2018
Azərbaycan nefti 70 dollara çatır

Azərbaycan nefti 70 dollara çatır

Dünya birjalarında neft bahalaşıb.

"Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 2,261 faiz bahalaşaraq barelli 68,11 dollara yüksəlib. 

Qeyd edək ki, sonuncu dəfə Brent markalı neft 2015-ci ilin mayında 68 dollarlıq həddi keçmişdi.

WTI markalı neftin fevral fyuçersi isə 2,77 faiz bahalaşaraq bareli 62,09 dollardan satılıb. 

"AzeriLight” markalı neftin 1 barelinin qiyməti isə 1,30 dollar artaraq 69,89 dollar olub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM