Azərbaycan ordusu Füzuli və Ağdam rayonları istiqamətində bir xeyli irəliləyib

15:24 | 05.08.2014
Azərbaycan ordusu Füzuli və Ağdam rayonları istiqamətində bir xeyli irəliləyib

Azərbaycan ordusu Füzuli və Ağdam rayonları istiqamətində bir xeyli irəliləyib

Musavat.com-un cəbhə bölgəsi və müdafiə nazirliyindəki mötəbər qaynaqlardan əldə etdiyi məlumatlarda iddia olunur ki, Silahlı Qüvvələrimiz bir sıra mövqelər üzrə irəliləyiblər. Qaynağımızdan biri Silahlı Qüvvələrin 4-5 avqust gecəsində həyata keçirdiyi əməliyyatı obrazlı olaraq, belə ifadə edib: “Qəfil hərəkət, sıfır itki, mövqe irəliləməsi”... 
Musavat.com bildirir ki, bu qəbildən olan məlumatda daha böyük iddialar var; lakin onları dəqiqləşdirmək  imkanına sahib deyilik. O səbəbdən də yayınlamırıq. Hazırda müdafiə nazirliyi xətti ilə sərhəd döyüş nöqtəsində olan Azərbaycan jurnalistləri də bu barədə net hələlik heç bir açıqlama vermirlər. Onlardan biri isə özünün Facebook səhifəsində bunları yazıb: “Yovşan etri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada... Qürur duydum! Her şey əla olacaq!”
Hər şey əla olmadan bir an öncə onun xəbərini vermək missiyası daşıyan musavat.com bildirir ki, cəbhə xəttindəki gəlişmələrdən əlavə bilgilər veriləcək.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM