Azərbaycan ordusunda nə qədər xanım var? - AÇIQLAMA

11:42 | 12.02.2014
Azərbaycan ordusunda nə qədər xanım var? - AÇIQLAMA

Azərbaycan ordusunda nə qədər xanım var? - AÇIQLAMA

Müdafiə Nazirliyindən hərbi hissələrdə xidmət edən qadın qulluqçuların sayı barədə açıqlama verilib.Nazirlikdən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, orduda min nəfərə yaxın qadın qulluqçu hərbi xidməti vəzifəsini yerinə yetirir: “Hazırda Müdafiə Nazirliyinin tabeliyındə olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi min nəfərə yaxın qadın hərbi xidmətdədir”.Müdafiə Nazirliyindən həmçinin hərbi hissələrdə zabit və əsgərlərin münasibətlərinin tənzimlənməsi məsələsinə də aydınlıq gətiriblər: “Hərbi qulluqçular və onların qarşılıqlı münasibətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun nizamnamələrinin müddəalarının tələbləri çərçivəsində qurulur". ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM