• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycan prezidenti: “İyirmi birinci əsr türk əsri olacaq”

Azərbaycan prezidenti: “İyirmi birinci əsr türk əsri olacaq”
13.11.2013 17:12
İlham Əliyev: “Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman yanımızdadır”«İyirmi birinci əsr türk əsri olacaq. Gələcəkdə biz böyük uğurlara imza atacağıq». APA-nın məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. Türkiyə və Azərbaycanın bir-birinə ən yaxın ölkələr olduqlarını ifadə edən prezident İ. Əliyev «Türkiyənin gücü Azərbaycanın gücüdür» söyləyib: «Türkiyə böyük və şərəfli yol keçib. Dünya miqyasında güclü dövlətlər sırasındadır. Türkiyənin təsir imkanları getdikcə artır. Türkiyənin razılığı olmadan bölgədə heç bir təşəbbüs həyata keçməz. Biz çalışmalıyıq ki, dövlətlər arasında əlaqələr, insanlar arasındakı bağlılıq daha da sıx olsun. 70 il ayrı qaldıq, amma xalqların qəlbində olan birlik sönmədi. “Marmaray” layihəsi ilə qitələri və xalqları birləşdirdiniz. Türkiyənin uzunmüddətli mənfəətlərini uyğun addım atdınız. TANAP ən böyük enerji layihələrindən biridir.Türkiyə və Azərbaycan bunu bacardı. Enerji və siyasi proqramlarda birgə addımlayırıq. Ən böyük sərmayələri Türkiyəyə yatıracağıq”. Prezident Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını xatırladıb və ədalətsizliyin davam etdiyini vurğulayıb: “Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyinə görə Türkiyəyə minnətdarıq. Türkiyə bu məsələdə hər zaman yanımızdadır. Münaqişənin həllinə Ermənistan imkan vermir. Bir milyondan çox Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin düşüb. Etnik təmizləmə siyasəti aparılır”.  APA
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Siyasət 23:45
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Siyasət 21:15
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Siyasət 20:50
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Siyasət 20:30
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
Siyasət 13:41
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Siyasət 12:00
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 11:34
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Siyasət 09:44
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Siyasət 00:02
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol