• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Azərbaycan saziş imzaladı

Azərbaycan saziş imzaladı
08.04.2014 10:41
Bu ilin 2 aprel tarixində Türkiyənin Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövrünün İdarəedilməsi sistemi çərçivəsində qalib gəlmiş layihələr üzrə Saziş imzalama mərasimi keçirilib.ANN.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə Türkiyə və digər iştirakçı ölkələrin, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, bu ölkələrin Ankarada fəaliyyət göstərən Fövqəladə və Səlahiyyətli Səfirləri və Səfirliklərin nümayəndələri, qalib gəlmiş layihələr üzrə müvafiq ölkələrin nümayəndələri və digər şəxslər iştirak ediblər. Qalib gəlmiş layihələr COMCEC-in maliyyə dəstəyi əsasında həyata keçiriləcəkdir. Müxtəlif sahələr üzrə qalib gəlmiş layihələr arasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsi üzrə təqdim olunmuş "Ümumi Mədəni İrs Şəhərləri" adlı layihə də yer alıb. Bu ilin aprel-sentyabr aylarını əhatə edəcək Layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir. Layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli turizmə və davamlı turizmin inkişafına nail olmaq və əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaqdan ibarətdir. Layihənin reallaşdırılması eyni zamanda, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə, dördtərəfli çərçivədə turizm mübadiləsinin artmasına, bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb edilməsinə, İslam mədəni irsinin qorunmasına və COMCEC regionunun tarixi və mədəni irsinin beynəlxalq səviyyədə təbliğatına xidmət edəcək.Tədbir çərçivəsində saziş imzalama mərasimi ilə yanaşı layihələrin əlaqələndirici şəxsləri və koordinatorları üçün 2 günlük təlim proqramı keçirilib. Təlim proqramının əsas məqsədi layihə dövrünün idarə edilməsi, cari hesabatların hazırlanması və təqdim edilməsi, layihənin icrasına nəzarət, monitorinq qaydaları və layihələrin icrası ilə bağlı digər məsələləri əhatə edən təlimatların verilməsidir. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin əməkdaşı COMCEC-in turizm üzrə işçi qrupunun əlaqələndiricisi Məleykə Hüseynova və adı çəkilən layihənin koordinatoru Türkan Rüstəmova təmsil edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Prezident Xankəndində qəbul keçirib
Siyasət 14:12
Prezident Xankəndində qəbul keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol