​Azərbaycan səfiri "Irish Times" qəzetindəki məqaləyə cavab verib

12:58 | 15.07.2015
​Azərbaycan səfiri

​Azərbaycan səfiri "Irish Times" qəzetindəki məqaləyə cavab verib

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Irish Times" qəzetində dərc olunan "Dağlıq Qarabağ qondarma respublikası haqqında bir hekayə" ("Lonely tale of Nagorno Karabakh, a self-proclaimed republic") adlı məqaləsi ilə bağlı həmin nəşrə cavab verib.

"Report" qəzetin saytına istinadən xəbər verir ki, səfir məktubda bu rejimin Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq səviyyədə tanınmış Azərbaycanın suverenliyinin pozulması və ölkə ərazisinin beşdə birinin işğal olunması nəticəsində yaradıldığını bildirib.

Məktubda diplomat, həmçinin qeyd edir ki, bu bölgədə əhalinin 95 faizinin ermənilərin təşkil etməsinin yeganə səbəbi ondan ibarətdir ki, burada ermənilər etnik azərbaycanlılara qarşı təmizləmə siyasəti həyata keçirib və bu gün də davam edən erməni təcavüzü nəticəsində azərbaycanlılar öz doğma yurdlarından qovularaq məcburi köçkün vəziyyətinə düşüblər.
"Dağlıq Qarabağ Azərbaycan üçün mübahisə mövzusu deyil: o, tarixən həmişə Azərbaycanın tərkibində olub və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir", - səfir deyərək əlavə edib ki, reallığı təhrif etmək cəhdləri faktları dəyişmir. T.Tağızadənin sözlərinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunan ərazilərini tərk etməyincə, regionda sülh əldə olunmayacaq.

"Azərbaycanın kompromisə getmək niyyətinə onun millət kimi fundamental hüquqlarının pozulması daxil deyil", - səfir sözünü yekunlaşdırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür