Azərbaycan səhiyyəsində İlk dəfə

15:50 | 26.12.2013
Azərbaycan səhiyyəsində İlk dəfə

Azərbaycan səhiyyəsində İlk dəfə

Əvvəllər respublikada həyata keçirilməyən sümük iliyinin transplantasiya əməliyyatlarının aparılması üçün Respublika Talassemiya Mərkəzində hazırlıq işləri tamamlanmaq üzrədir. APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, 2014-cü ilin ilk aylarında bu əməliyyatların başlanması nəzərdə tutulur. Nazir müavinin sözlərinə görə, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. 2003-cü ildə 6,8 ton qan tədarük edilibsə, 2012-ci ildə 26 ton, 2013-cü ildə isə bu rəqəm 30,1 tona çatıb. Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb. E. Ağayev bildirib ki, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artması ilə bərabər bu xəstəlik səbəbindən ölüm göstəricisi hər 100 min nəfərə 2,6 dəfə aşağı enib. Ölkədə onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı xeyli yaxşılaşıb. Əgər, 2006-cı ildə onkoloji xəstələr üçün 14 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə 46 və 2013-cü ildə bunların sayı 58-ə çatdırılıb. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb. Bu xəstəlikdən ölüm göstəricisinin son 10 il ərzində stabilləşməsinə nail olunub. Nazir müavini, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olduğunu deyib: “Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Təkcə 2013-cü ildə 9 yeni hemodializ mərkəzi açılıb və onlarda 102 dializ aparatı quraşdırılıb. Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da artıb. 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub. Səhiyyənin digər vacib sahələrindən olan onkoloji xəstəliklərə qarşı mübarizəyə dair 2014-2024-cü illəri əhatə edən dövlət proqramının layihəsi hazırlanaq hökumətə təqdim edilib”. ANN.Az  

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM