Azərbaycan sinoptiklərindən xoş xəbər

15:26 | 08.03.2014
Azərbaycan sinoptiklərindən xoş xəbər

Azərbaycan sinoptiklərindən xoş xəbər

Sabah Azərbaycan ərazisinda hava sabitləşəcək, temperatur yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, martın 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi ərazilərdə duman və çiskin olacağı proqnozlaşdırılır, şərq küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 1-6, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM