Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı

15:06 | 14.10.2015
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM