• $
  • £

Azərbaycan Türkiyəyə spirtli içkiləri rüsumsuz göndərəcək

Azərbaycan Türkiyəyə spirtli içkiləri rüsumsuz göndərəcək
23.02.2024 17:53
Azərbaycan Türkiyəyə hər il sıfır idxal gömrük rüsumu ilə şərab və fermentləşdirilmiş spirtli içkilər ixrac edə biləcək. Bu barədə Türkiyə XİN məlumat verib.   Azərbaycan ixracatçıları üçün belə güzəşt iki ölkə arasında 2023-cü ilin aprelində imzalanmış güzəştli ticarət sazişinin Protokolunda nəzərdə tutulub.

"Bu protokol 21 fevral 2024-cü ildə Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində təsdiq edilib. Beləliklə, Azərbaycandan Türkiyəyə hər il 1,5 milyon litr şərab və fermentləşdirilmiş alkoqollu içkilər gömrük rüsumu olmadan tədarük ediləcək”, - nəşrlər bildirir.

Ümumilikdə, 10 il müddətində qüvvədə olacaq bu müqaviləyə əsasən, Türkiyəyə şərab, tut, heyva, qara metallurgiya məhsulları və qablaşdırma materialları gömrük rüsumları olmadan tədarük edilə bilər.

"Öz növbəsində, müqavilə çərçivəsində Türkiyədən Azərbaycana aşağıdakı mallar rüsumsuz tədarük edilir: mis məftillər, paltaryuyan maşınlar, monitorlar, videoregistratorlar, avtomobil hissələri və alüminium”, - nəşr yazır.

Azərbaycan və Türkiyə 2021-ci il martın 1-dən güzəştli ticarət sazişi həyata keçirir.

Türkiyə ilə imtiyazlı ticarət sazişinə dəyişikliklərə dair protokol 2023-cü il aprelin 29-da Samsun şəhərində (Türkiyə) imzalanıb. Bu sənədlə Bakı və Ankara 2020-ci il fevralın 25-də Bakıda imzalanmış güzəştli ticarət haqqında hökumətlərarası sazişin əhatə etdiyi malların sayını genişləndiriblər.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:26
Bu günün valyuta məzənnələri açıqlanıb
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi
İqtisadiyyat 18:31
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
İqtisadiyyat 15:13
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Rayonlarda nə qədər taxıl biçilib?
İqtisadiyyat 14:32
Rayonlarda nə qədər taxıl biçilib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol