Azərbaycan və Rusiyanın birgə istehsalı olan film təqdim ediləcək

10:10 | 15.11.2013
Azərbaycan və Rusiyanın birgə istehsalı olan film təqdim ediləcək

Azərbaycan və Rusiyanın birgə istehsalı olan film təqdim ediləcək

 

Bu gün saat 19:00-da Heydər Əliyev Sarayında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalı olan "Qorxma mən səninləyəm.1919" bədii filminin təqdimatı olacaq.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən əsrin 80-ci illərində çəkilmiş "Qorxma, mən səninləyəm" bədii filminin davamı kimi ekranlaşdırılan yeni ekran əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Polad Bülbüloğlu birinci filmdə olduğu kimi, "Qorxma mən səninləyəm.1919" filmində də musiqi bəstələməklə yanaşı filmdə baş rollardan birini ifa edib.

Filmdə həmçinin rusiyalı aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze eləcə də Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkiliblər.

Filmin yaradıcı heyətinin Rusiya tərəfini təmsil edən bir qrupu təqdimatda iştirak etmək üçün Bakıya gəlib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb