Azərbaycan və Türkiyə arasında üç sənəd imzalanıb

13:03 | 21.12.2023
Azərbaycan və Türkiyə arasında üç sənəd imzalanıb

Azərbaycan və Türkiyə arasında üç sənəd imzalanıb

2023-cü il dekabrın 21-də  Bakıda keçirilən İnvestisiya Forumu çərçivəsində Azərbaycan və Türkiyə arasında üç sənəd imzalanıb.

Azərbaycan İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (AZPROMO) ilə Türkiyə-Azərbaycan Sahibkarlar və Sənayeçilər İctimai Birliyi (TUİB) 2024-cü il üçün Fəaliyyət Planı imzalayıb.

Bu sənəd Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin və investisiyaların artırılması üçün birgə layihələri təşviq etmək, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını və davamlı inkişafı dəstəkləmək məqsədi daşıyır.

Bundan başqa, "DO-DEM” MMC ilə Türkiyənin "Multipak Ambalaj” şirkəti arasında Azərbaycanda ətraf mühitə zərər verməyən və qida baxımından təhlükəsiz olan kağız əsaslı qabların istehsalı üçün zavodun tikintisinə dair müqavilə imzalanıb.

Bundan əlavə, Diplomat LTD və Doğru Holding şirkətləri arasında Azərbaycanda yeni otelin tikintisi ilə bağlı müqavilə imzalanıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM