Azərbaycan vətəndaşlarını İsrailə səfər etməməyə çağırıb

17:36 | 05.08.2024
Azərbaycan vətəndaşlarını  İsrailə səfər etməməyə çağırıb

Azərbaycan vətəndaşlarını İsrailə səfər etməməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb. Bu barədə  XİN məlumat yayıb. 

"İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrailə səfər etməmələri tövsiyə olunur. Hazırda İsraildə yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir", - məlumatda bildirilib. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM