Azərbaycana 3 mindən çox şəxs mina qurbanı olub

12:59 | 26.09.2023
Azərbaycana 3 mindən çox şəxs mina qurbanı olub

Azərbaycana 3 mindən çox şəxs mina qurbanı olub

Azərbaycanda 3000 mindən çox şəxs mina qurbanı olub. Bunu  "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib. 
 
O bildirib ki, İkinci Qarabağ Müharibəsindən sonra 63 nəfər mina terrorunun qurbanı olub və qurbanların 48-i mülki şəxsdir. 
 
Ermənistanın işğalından azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin üzləşdiyi problemlərdən biri də minalanmış sahələrdir. 


Qarabağ və Şərqi Zəngəzur ərazisinin böyük hissəsi bu torpaqların işğalı zamanı erməni hərbçiləri tərəfindən minalanıb. Rəsmi Bakının apardığı bir sıra tədbirlər nəticəsində Ermənistandan  bir sıra rayonların minalanmış sahələrinin xəritələri alınıb. Lakin onların dəqiqliyi cəmi 25% təşkil edib. 


İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mina partlayışları nəticəsində işğaldan azad edilmiş ərazilərdə 200-ə yaxın Azərbaycan hərbçisi və mülki şəxs həlak olub və yaralanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti