Azərbaycana gəlməli olan flaminqolar azıb Sibirə uçdu - VİDEO

10:07 | 27.10.2015
Azərbaycana gəlməli olan flaminqolar azıb Sibirə uçdu - VİDEO

Azərbaycana gəlməli olan flaminqolar azıb Sibirə uçdu - VİDEO

Sibirdə, Kemerova yaxınlığında bu region üçün gözlənilməz qonaq sayılan çəhrayı flaminqolar (qızılqaz) aşkar olunub.

ANN.Az report-a istinadən xəbər verir ki, Kemerova Dövlət Universitetinin Zoologiya və Ekologiya Kafedrasının müdiri, professor Nikolay Skalonun sözlərinə görə, bu quşlar sözügedən regionda yaşamırlar.

"Çox güman ki, onlar Qazaxıstandan qışlamaq üçün tropik ərazilərə uçarkən yolda azıblar, ona görə indi onları tələfat gözləyir”, - deyə professor bildirib.

Alimin sözlərinə görə, flaminqolar yollarını payız qasırğalarının başladığı hava dəyişikliyi zamanı aza bilərlər. Belə hallar təkcə flaminqoların deyil, həm də qutanların başına gəlir.

Bununla belə, Skalon qeyd edir ki, quşların sağ qalmasına yalnız insanlar kömək edə bilərlər. Çünki həftənin sonuna yerli sinoptiklər soyuq hava kütləsinin gəlişini proqnozlaşdırırlar. Proqnozlara görə, gecə havanın temperaturu mənfi 10 dərəcəyədək düşəcək.

Çəhrayı, yaxud adi flaminqolar Rusiyada məskən salmırlar, yalnız cənub rayonlarından keçməklə Azərbaycan, Türkmənistan və İrana miqrasiya edirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM