Azərbaycana gətirilən avtomobillərin sayı kəskin azalıb

21:02 | 18.04.2016
Azərbaycana gətirilən avtomobillərin sayı kəskin azalıb

Azərbaycana gətirilən avtomobillərin sayı kəskin azalıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 362 ədəd avtomobil idxal olunub.

Oxu.Az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 673  ədəd avtomobil və ya 7,37 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 235 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 97 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 11 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb