Azərbaycanda 30 min iş yerinin bağlandığı sahələr - SİYAHI

16:20 | 29.10.2015
Azərbaycanda 30 min iş yerinin bağlandığı sahələr - SİYAHI

Azərbaycanda 30 min iş yerinin bağlandığı sahələr - SİYAHI

2015-ci ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev ölkədə bu müddət ərzində 67 min iş yerinin açıldığını, onun 30 mininin bağlandığını qeyd edib.

Ölkə başçısı bildirib ki, həmin iş yerlərinin nə səbəbdən bağlandığı araşdırılmalıdır. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə Modern.az -a açıqlama verərkən bildirmişdi ki, prezident tapşırıq verib və məsələ ciddi araşdırılır: "Bununla bağlı tapşırıq verilib, araşdırma gedir. Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi birlikdə araşdırma aparır”.

Modern.az Statistika Komitəsindən bu dövrdə hansı sahədə iş yerlərinin bağlandığını öyrənməyə çalışıb.

Sorğumuza cavab olaraq bildirilib ki, 2015-ci ilin doqquz ayında ölkədə ixtisar edilən iş yerləri əsasən ticarət, nəqliyyat vasitələrinin təmiri, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrdə qeydə alınıb. 

Məlumatda qeyd edilib ki, bağlanan iş yerləri üzrə ən yuxarı göstərici Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında olub:

"Onu da bildiririk ki, 9 ayda ləğv edilən müəssisələrin və Statistik Vahidlərin Dövlət Registrindən çıxarılan fiziki şəxslərin sayı ticarət, nəqliyyat vasitələrinin təmiri, nəqliyyat və anbar təsərrüfatı, digər sahələrdə xidmətlərin göstərilməsi, turistlərin yerləşdirilməsi və ictimai iaşə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və ev təsərrüfatlarının fəaliyyəti sahələrində daha çox olub.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Dövlət Statistika Komitəsi yoxlama aparmaq səlahiyyətində deyil, eləcə də iş yerlərinin ixtisar olunmasının və subyektlərin bağlanması səbəblərinin statistik müşahidəsi aparılmır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM