Azərbaycanda 40 minə yaxın insana saxta diplom verilib

10:35 | 10.02.2014
Azərbaycanda 40 minə yaxın insana saxta diplom verilib

Azərbaycanda 40 minə yaxın insana saxta diplom verilib

Azərbaycanda saxta diplomlarla bağlı təhlükəli rəqəmlər əldə edib.Modern.az-ın Təhsil Nazirliyinə yaxın mənbələrdən aldığı məlumata görə, hazırda ölkədə 40 minə yaxın saxta diplom daşıyıcsı var. Ən təhlükəlisi isə odur ki, bunların yarıya qədəri müxtəlif qurumlarda çalışırlar.   Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarovun saxta diplomlarla bağlı verdiyi açıqlama universitetlərdə təşviş yaradıb. Bu məsələylə bağlı hətta bəzi universitetlər saxta diplom məsələsinə görə, bir neçə müəllimi işdən azad edib. Təhsil Nazirliyinin də gündəmdə saxladığı bu məsələ ətrafında artıq araşdırılmalara başlanılıb. Məsələ ilə bağlı Baş Prokurorluqda da araşdırmaların aparıldığı bildirilir. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında deyib ki, bəzi ali təhsil müəssisələri tərəfindən verilmiş saxta diplomlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.     ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM