• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir!

Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir!
25.09.2019 13:50
Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasına qəbul üçün indiyə qədər 7 minə yaxın namizəd ərizə göndərib. Namizədlərin 30%-dən çoxu ilkin test mərhələsində yüksək bal toplayaraq seçim prosesinin növbəti mərhələsinə keçib. IBA Tech Akademiyasında təhsil arzusunda olan şəxslərin əksəriyyəti gənclərdir. Belə ki, namizədlərin orta yaş həddi 24 yaş təşkil edir. Akademiyada təhsil almaq üçün müraciət etmiş namizədlərin 21%-i xanımlardır. Namizədlər sırasında ölkəmizdəki müxtəlif ali məktəblərdə texniki ixtisaslar üzrə təhsil alan tələbələr və universitet məzunları üstünlük təşkil edir.

Ərizə qəbulu sentyabrın 30-a qədər davam edəcək. 18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər bu müddətə qədər Akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az
Tələbələrin IBA Tech Akademiyasının fəaliyyəti barədə ətraflı məlumatlandırılmasından ötrü Azərbaycan Dövlət İqtisad Universitetində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində, görüşlər keçirilib. Azərbaycan Beynəlxalq Bankının və Akademiyanın fəaliyyətində Banka metodoloji dəstək verəcək İsrail-Ukrayna şirkəti – "DAN.IT” təhsil mərkəzinin nümayəndələri tələbələrə qəbul qaydaları, gələcək təlimlərin təşkili formaları barədə ətraflı məlumat verərək onların suallarını cavablandırıblar. Azərbaycan Respublikası Təhsil  Nazirliyinin SABAH qruplarında da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsində yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq.

IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılır: qeydiyyat, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə oktyabrın 10-dan Bakıda keçiriləcək və hər bir istiqamət  üzrə 2,5  ay davam edəcək. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərəcək. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparacaqlar. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə faydalı olacaq. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına kömək göstəriləcək.

IBA Tech Akademiyasının yeni sosial proqramlarına da qəbul planlaşdırılır, bu barədə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
 
 
 


 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:47
Dünya bazarlarında neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:27
Bu günə olan məzənnə açıqlanıb
Yelo Bank yenidən "Mastercard Tech Conference" tədbirinə ev sahibliyi edib
İqtisadiyyat 15:30
Yelo Bank yenidən "Mastercard Tech Conference" tədbirinə ev sahibliyi edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
SOCAR və “Uzbekneftegaz” Qaraqalpaq qaz blokunda birgə kəşfiyyata başlayır
İqtisadiyyat 09:28
SOCAR və “Uzbekneftegaz” Qaraqalpaq qaz blokunda birgə kəşfiyyata başlayır
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - Məzənnə
“Mir” kartları artıq Azərbaycanın 50 bankomatında qəbul olunur - Mustafayev
İqtisadiyyat 09:17
“Mir” kartları artıq Azərbaycanın 50 bankomatında qəbul olunur - Mustafayev
Azercell-in“DataMinds” bootcampp roqramına qeydiyyat davam edir
İqtisadiyyat 14:51
Azercell-in“DataMinds” bootcampp roqramına qeydiyyat davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol