Azərbaycanda 8 sinif şagirdi qaçırıldı

11:09 | 13.12.2018
Azərbaycanda 8 sinif şagirdi qaçırıldı

Azərbaycanda 8 sinif şagirdi qaçırıldı

Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

Anews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb