Azərbaycanda arxeoloji abidələrin atlası yaradılacaq

09:48 | 13.02.2014
Azərbaycanda arxeoloji abidələrin atlası yaradılacaq

Azərbaycanda arxeoloji abidələrin atlası yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycan ərazisində tədqiq olunmuş və gələcəkdə olunacaq arxeoloji abidələrin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qeydə alınmasına başlanılacaq.AMEA-dan verilən məlumata görə, institutda bu işlə bilavasitə arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektoru məşğul olacaq. Sektor arxeoloji abidələrin inventarlaşdırılması, sərhədlərinin müəyyən edilməsi, pasportlaşdırılması və xəritələrin hazırlanması işini həyata keçirəcək. Arxeoloji tədqiqatlarda aparılan bu işlər zamanı ilk dəfə Coğrafi İnformasiya Sistemindən istifadə ediləcək.Azərbaycanın arxeoloji abidələrinin elektron xəritəsinin və maddi-mədəni nümunələrinin pasportunun yaradılması respublika ərazisindəki arxeoloji abidələrin müasir üsullarla mühafizəsi işinin, xüsusilə də onların elmi araşdırılmasının təkmilləşdirilməsinə xidmət edəcək.Arxeoloji abidələrin atlasının yaradılması Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib və “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək.//AzərTAc
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM