Azərbaycanda attraksion aşdı: yaralı var

10:32 | 10.07.2014
Azərbaycanda attraksion aşdı: yaralı var

Azərbaycanda attraksion aşdı: yaralı var

Zaqatalada attraksion aşıb.

APA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin mərkəzindəki Heydər Əliyev Parkında qeydə alınıb. Ötən əsrin 70-ci illərində quraşdırılmış attraksion qırılıb. Qəza baş verən zaman attraksionda bir neçə nəfər olub. Onlardan biri - Əliabad kənd sakini, Cumayeva Gülcöhrə Əhməd qızı yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM