Azərbaycanda bank əmanətlərinin həcmi 2% azalıb

20:19 | 06.05.2016
Azərbaycanda bank əmanətlərinin həcmi 2% azalıb

Azərbaycanda bank əmanətlərinin həcmi 2% azalıb

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 2016-cı il aprel ayının 1-nə 7 888,9 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əmanətlərin həcmi martın 1-nə nisbətən 188,4 mln. manat və ya 2,33% azalıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə fiziki şəxslərin depozitləri 107,3 mln. manat və ya 1,38% artıb.

Fiziki şəxlərin manatla əmanətlərinin həcmi aprelin 1-nə 1 511,6 mln. manat təşkil edib. Bu, martın 1-nə olan göstəricidən 102,5 mln. manat və ya 7,27% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə isə manat əmanətləri 1 185,4 mln. manat və ya 44% azalıb. 

Xarici valyutada fiziki şəxslərin əmanətləri aprelin 1-nə 6 377,3 mln. manat təşkil edib ki, bu da martın 1-nə olan göstəricidən 291,1 mln. manat və ya 4,36% azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə isə xarici valyutada əmanətlər 1 292,7 mln. manat və ya 25,4% artıb.

"Report"un analitik qrupu qeyd edir ki, fiziki şəxslərin əmanətlərinin azalması əhalinin artan xərcləri fonunda gəlirlərin getdikcə azalması ilə əsaslandırılır. İqtisadi fəallığın artması ilə əhalinin əmanətlərinin yenidən yüksəlişə keçməsi gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb