Azərbaycanda bankomat dağıdıldı

17:20 | 16.09.2015
Azərbaycanda bankomat dağıdıldı

Azərbaycanda bankomat dağıdıldı

Bu gecə bankomatdan pul oğurlamaq istəyənlərin cəhdləri boşa çıxıb. 

Hadisə Lənkəran rayonunun Gərgəlan kəndində gecə saat 4 radələrində baş verib.

ANS PRESS-in xəbərinə görə, bir neçə nəfər kəndin mərkəzində yerləşən bankların birinə məxsus bankomatdan pul oğurlamağa cəhd edib.Oğrular diqqətdən yayınmaq məqsədilə bankomat yerləşən otağa binanın arxa hissəsindən,bələdiyyəyə məxsus otağın pəncərəsini sındıraraq daxil olublar. Oğruların qaynaq aparatı ilə bankomatı dağıdıb içindəki pulları çıxarmaq üçün etdikləri cəhdlər uğursuz olub.Bankomat yararsız hala salınsa da seyfi sındırmaq onlara müyəssər olmayıb.Hadisə yerində olan rayon polis şöbəsinin əməliyyatçıları araşdırmalara başlayıb.

Bank rəsmilərindən ANS PRESS-ə verilən məlumata görə, bankomatda təqribən 30 mindən yuxarı pul olub. Hazırda yararsız hala salınan bankomatı bərpa etmək və içindəki vəsaiti dəqiqləşdirmək üçün paytaxtdan mütəxəssislər qrupunun gəlişi gözlənilir. Analoji hadisə bir müddət əvvəl Lənkəran rayonunun Şağlaser kəndində də baş vermişdi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM