Azərbaycanda baş redaktor saxlanıldı

15:00 | 19.02.2014
Azərbaycanda baş redaktor saxlanıldı

Azərbaycanda baş redaktor saxlanıldı

Milli Fikir Mərkəzinin rəhbəri, Etatist.com internet qəzetinin baş redaktoru Şəhriyar Məcidzadə saxlanılıb.Bu barədə Qaynar.info-ya jurnalist Tural Qurbanlı məlumat verib. Bir neçə gün əvvəl MFM-in təşkilatçılığı ilə Kabus ləqəbi ilə tanınan reperin konserti keçirilməli idi. Lakin polis konsertə icazə verməmişdi. Buna etiraz olaraq Şəhriyar Məcidzadə və digər MFM üzvləri bu gün şəhərin  mərkəzində aksiya keçirmək qərarına gəliblər. Aksiya zamanı Ş. Məcidzadə mülki geyimlilər tərəfindən saxlanılaraq 10 GV 543 nömrəli Pajero markalı maşınla apaırlıb.Onun hara aparılması barədə məlumat yoxdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM