Azərbaycanda bayram namazı qılındı

10:18 | 29.07.2014
Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.Əjdərbəy məscidində saat 8.00-da başlayan namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayevin, Təzəpir məscidində saat 9.00-da başlayan namaz isə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.Bayram namazının qılınmasından sonra A. Paşazadə jurnalistlərə açıqlamasında Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.QMİ sədri xalqa rifah, əmin-amanlıq arzulayıb, Qarabağ torpaqlarının işğaldan azad olunması üçün dualar etdiyini bildirib.Qeyd edək ki, Azərbaycanda dünən və bu gün Ramazan bayramı qeyd olunur. İyunun 29-da başlayan Ramazan ayı başa çatır.Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə iyulun 28-i və ya 29-na düşür. Azərbaycan hökumətinin qərarına əsasən, hər iki gün bayramdır.

Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.(APA)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM