Azərbaycanda bəzi körpələrə təbiət hadisələrinin adı verilir - SİYAHI

20:56 | 09.09.2016
Azərbaycanda bəzi körpələrə təbiət hadisələrinin adı verilir - SİYAHI

Azərbaycanda bəzi körpələrə təbiət hadisələrinin adı verilir - SİYAHI

Azərbaycanda doğulan körpələr arasında müxtəlif təbiət hadisələrinə verilən adları daşıyanlar var.

Ədliyə Nazirliyindən "Report"a bildirilib ki, son beş ildə 3937 körpəyə Yağmur, 1207-nə Bahar, 1344-nə Damla, 853-nə Ayaz, 678-nə Günəş, 224-nə isə Rüzgar adı verilib.

Son beş ildə körpələrə verilən adlar arasında Şimşəkcan (1), Leysan (12), Bulud (32), Daşqın (67), Tufan (14), Alov (2), Yazgül (29), Duman (8), Şehnur (10), Jalə (565), Xəzan (5), Xəzangül (10) kimi adlar da yer alıb.

Bundan başqa, Buludxan, Buludxanım, Rüzgar Emrah, Rüzgar Batuhan, Tufanə, Payızxan, Şehrin, Şehli, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Leysanə, Payızəli, Xəzanə, Yazbahar, Yazılı, Yazilə, Yazimə, Bahara, Bahariyyə, Damladerin kimi adları daşıyan uşaqlar da var. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb