Azərbaycanda bu institutun 4 filialı bağlanır - Nazirlik

17:26 | 25.02.2014
Azərbaycanda bu institutun 4 filialı bağlanır - Nazirlik

Azərbaycanda bu institutun 4 filialı bağlanır - Nazirlik

Azərbaycan Müəllimlər İnstitutuna (AMİ) qəbula məhdudiyyət qoyulub. AzNews.az xəbər verir ki, Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, növbəti tədris ili üçün (2014-2015) Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 4 filialına tələbə qəbulu planlaşdırılmır. Bunlar AMİ-nin Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarıdır. Nazirlik qeyd edib ki, AMİ-nin Gəncə filialı ləğv olunmayıb. Sadəcə olaraq, bu ildən qeyd olunan filiala tələbə qəbulu planlaşdırılmayıb: “AMİ-nin hər hansı filialının fəaliyyəti dayandırıldığı halda, orada çalışan əməkdaşların işlə təmin olunma məsələsi qanunvericiliyə uyğun həll ediləcək”. Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi AMİ-nin Gəncə filialında ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğunu müəyyən edib. Belə ki, filialın qiyabi şöbəsinə tələbə qəbulunun dayandırılmasına baxmayaraq, şöbənin fəaliyyətinin davam etdirilməsi nəticəsində ümumilikdə 6235 tələbənin həmin filialı bitirməsi, təkrar kursda qalması, akademik möhlət verilməsi barədə filialın vəzifəli şəxsləri qanunsuz əmrlər imzalayıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM