Azərbaycanda bu qəzet bağlanır

13:30 | 11.08.2014
Azərbaycanda bu qəzet bağlanır

Azərbaycanda bu qəzet bağlanır

Avqustun 13-də "Komanda" qəzetinin son sayı işıq üzü görəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Komanda" qəzetinin baş redaktoru Rəşad Ərgün Facebook hesabında yazıb:"Bunu çoxdan planlaşdırsaq da, bir müddət gözləməyi qərara almışdıq. Amma yayım firmaları ilə bağlı vəziyyətin getdikcə daha da pisləşməsi bu addımı labüd edir. "Qasid", "Azərmətbuatyayım" kimi firmaları olan ölkədə qəzet çıxarmaq demək olar ki, mümkün deyil. Ya satış pulundan imtina etməlisən, sponsora, reklam müqavilələrinə bel bağlamalısan, ya da qəzet sektorundan çəkilməlisən. Bizdə isə "Qasid"in qəzetlərin başına nə oyun açdığını çoxu bilir. Konkret, bu yayım firması 4 aydır ki, "Komanda" qəzetinə borclu olduğu pulu ödəmir. Eyni vəziyyət başqa firmalarda, əl yayımında da özünü göstərir.Bütün gücümüzlə 6 il "Komanda"nın qəzet kimi yaşaması üçün çalışdıq. Ölkənin ən yaxşı qəzetlərindən birinə çevrilmək üçün çaba göstərdik. Bu 6 ildə "Komanda" üçün əziyyəti keçən çox jurnalist olub. Hamısına bir-bir təşəkkür edirəm.Amma qəzet olaraq dayansaq da, "Komanda" sayt kimi yoluna davam edəcək. Qəzetin dəst-xətti saytda da əksini tapacaq. Yegənə fərq bu olacaq ki, artıq həftədə bir dəfə yox, hər gün oxucuların yanında olacağıq. Tezliklə, "komanda.az"la yanınızdayıq".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM