Azərbaycanda daha 10 dini icmaya maliyyə yardımı ayrıldı

17:32 | 13.11.2015
Azərbaycanda daha 10 dini icmaya maliyyə yardımı ayrıldı

Azərbaycanda daha 10 dini icmaya maliyyə yardımı ayrıldı

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılan daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, toplantıda komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmaların təqdim etdiyi layihələrin məqsədi yerlərdə dini maarifləndirmənın yüksək səviyyəyə çatdırılmasıdır.

Komitə sədrinin müavini Səyavuş Heydərov dini icmalara həyata keçirəcəkləri layihələrdə dini ənənələrimizi və milli-mənəvi dəyərlərimizi daha geniş ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində indiyədək 77 dini icmaya maliyyə yardımı verilib. Bunların 19-u qeyri-islam, 58-i isə İslam dini icmalarıdır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM